“Zərifə Əliyeva ” adlı kitab ictimaiyyətə təqdim olunacaq

"Zərifə Əliyeva" adlı kitab ictimaiyyətə təqdim olunacaqAprelin 28-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Xarici ədəbiyyat zalında “Görkəmli adamların həyatı” seriyasından nəşr edilən, böyük elm xadimi, məşhur oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş “Zərifə Əliyeva” bədii-publisistik kitabının təqdimat mərasimini reallaşacaq. Mərasim Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutacaq. Məlumat üçün bildirək ki, aprelin 28-i Zərifə xanımın doğum günüdür. Tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun qələmə aldığı kitab Moskvanın “Molodaya qvardiya” nəşriyyatında işıq üzü görüb.
“Zərifə Əliyeva” kitabı “Dastanın başlanğıcı” və “Əbədiyyət dastanı” adlı giriş və son bölmələri arasına daxil edilən 16 fəsildən ibarətdir. Daha bir kiçik bölmədə Zərifə xanımın həyat və fəaliyyəti qısa xronoloji ardıcıllıqla oxucuya təqdim olunur. Fəsillər isə “Hippokrat və oftalmologiya”, “Zərifə və Heydər”, “Xatirələr… Xatirələr…”, “Məhəbbət haqqında əfsanə”, “İnsanlara bəxş olunan işıq”, “İşığın davamı” və digər maraqlı hissələrdən ibarətdir.
Kitab bədii-publisistik üslubda qələmə alınsa da istinad etdiyi çoxsaylı mənbələrə görə həm də ciddi bir araşdırma, tədqiqat işi hesab oluna bilər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO