Elxan Süleymanovun təşəbbüsü ilə reallaşan Sabir qiraət müsabiqəsinə dair görüş keçirildi

2011-ci ildən bəri Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə M.Ə.Sabir yaradıcılığına həsr edilmiş qiraət müsabiqələri keçirilir. Bölgənin təhsil həyatında xüsusi yer tutan müsabiqə bu il 9-cu dəfə keçiriləcək.
Bu ərəfədə qiraət müsabiqəsi münsiflər heyətinin üzvü, filologiya elmləri doktoru, professor Asif Hacılı və millət vəkilinin səlahiyyətli nümayəndəsi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev rayon məktəblərində çalışan ədəbiyyat müəllimləri ilə görüş keçiriblər.
Görüşdə tövsiyə və təkliflər səsləndirilib.
Rayon Uşaq Gənclər İnkişaf Mərkəzində baş tutan tədbirdə Şamaxı Rayon Təhsil Şöbəsinin metodisti Nişanə Eyyubova- Nəbiyeva da çıxış edib.

Musavat.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO