Zərdabda «Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda konfrans

Zərdabda «Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda konfransAzərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş mərasimin iştirakçıları ümummilli lider Heydər Əliyevin və Həsən bəy Zərdabinin abidəsini ziyarət etdikdən sonra Həsən bəy Zərdabinin ev muzeyinə baş çəkərək oradakı eksponatlarla tanış olublar. Konfransda çıxış edənlər Azərbaycanda medianın inkişafına dövlət qayğısından danışaraq, bu məqsədlə müxtəlif illərdə həyata keçirilən məqsədyönlü tədbirləri də xarakterizə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb. O, 2009-cu ilin mayından işə başlayan Fondun ötən müddətdəki təcrübəsinin media ilə bağlı əhatəli proqramların işlənib hazırlanması üçün əsas yaratdığını önə çəkib. Konfransda Həsən bəy Zərdabi nəslinin nümayəndələri də iştirak ediblər. Onlardan akademik Böyükkişi Ağayev Həsən bəyin və onun övladlarının ömür yolu barədə ətraflı məlumat verib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO