“Özünü dərk et ” adlı kitab

Fəlsəfə elmləri doktoru, professor Nazim Səfərovun “Nosce te ipsum: antik prinsip müasir reallıqda” adlı kitabı işıq üzü görüb. Kitabda müasir reallığın özünüdərketmə imkanları araşdırılır. Əsərin birinci və ikinci hissələrində Azərbaycanın müasir dövrünün fəlsəfi təhlili verilir, ölkəmizin qloballaşma kontekstində perspektivləri və iqtisadiyyatın mənəvi amilləri təhlil olunur. Üçüncü fəsil insanlar üçün qaçılmaz olan metafizik problemlərə həsr edilib. Kitabın giriş hissəsində müəllif xüsusi olaraq qeyd edir ki, əsərin yazılmasında mühazirələr oxuduğu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında formalaşan yüksək yaradıcılıq mühitinin böyük rolu olub. Məhz bu təhsil ocağında tələbələrlə keçirilən sərbəst diskussiyalar nəticəsində kitabın bəzi müddəaları dəqiqləşdirilib. Kitab rus və ingilis dillərində (müəllifin tərcüməsində) nəşr olunub. Qeyd edək ki, Nazim Səfərovun yaradıcılıq bioqrafiyası – “19-20 əsrlərin Rusiya filosofları” adlı ensiklopediyaya daxil edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO