Əziz Mirəhmədovun 90 illiyi ilə əlaqədar elmi sessiya

Əziz Mirəhmədovun 90 illiyi ilə əlaqədar elmi sessiyaFevralın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun anadan olmasının 90 illiyi ilə əlaqədar elmi sessiya reallaşacaq.
Tədbirdə İnstitutun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Şirindil Aslanlının “XX əsrin görkəmli ədəbiyyatşünas alimi” mövzusunda məruzəsi dinləniləcək.
Elmi sessiyada professorlar İslam Ağayev, Bəhlul Abdulla, Nizaməddin Şəmsizadə, Alxan Bayramoğlu, Şamil Vəliyev və başqalarının çıxışları nəzərdə tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO