“Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş, ixtisar və “redaktə ” edilmiş əsərləri ” adlı kitab

"Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş, ixtisar və "redaktə" edilmiş əsərləri" adlı kitab“Elm” nəşriyyatında professor Şirməmməd Hüseynovun gərgin zəhmətinin bəhrəsi olan “Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş, ixtisar və “redaktə” edilmiş əsərləri” kitabının II hissəsi işıq üzü görüb. Adından da göründüyü kimi, kitabda Azərbaycan mədəniyyətinə, eyni zamanda, dünya mədəniyyəti xəzinəsinə verdiyi misilsiz töhfələrlə yalnız intibah dövrünün nəhəngləri ilə müqayisə oluna biləcək dahi Üzeyir Hacıbəylinin indiyədək çap olunmayan publisistik əsərləri yer aləb. Üzeyir bəyin indiyədək oxuculara bəlli olmayan məqalələrini böyük məhəbbət və tükənməz səbirlə toplayan, ərəb əlifbasından latın qrafikasına çevirən və xüsusi lüğət tərtib edən professor Şirməmməd Hüseynov kitaba yazdığı ön sözdə qeyd edir ki, Üzeyir Hacıbəylinin “Nəşrlərdə kənara qoyulmuş əsərləri”nin 1904-1912-ci illəri əhatə edən I hissəsini ötən il oxuculara təqdim edib. İndi isə həmin kitabın 1915-1917-ci illər dövrünə aid II hissəsi Üzeyir Hacıbəyli sevərlərinin istifadəsinə verilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO