Özbəkistan Milli Kitabxanası Azərbaycan Milli Kitabxanasına 23 adda kitab göndərib

Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına 23 adda kitab göndərib. Milli Kitabxanadan APA-ya verilən məlumata görə, kitabların göndərilməsi Özbəkistan Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında bağlanmış qarşılıqlı əməkdaşlıq haqqında memorandumun şərtlərinə uyğun olaraq həyata keçirilib. Kİtablar rus, ingilis və özbək dillərindədir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO