“Yujnıy Kavkaz” almanaxının 3-cü sayının təqdimatı olub

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Yujnıy Kavkaz” almanaxının 3-cü sayının təqdimatı keçirilib. Tədbirdə müəlliflər, ədəbiyyat, mətbuat və QHT nümayəndələri iştirak ediblər.

SalamNews xəbər verir ki, almanaxın Azərbaycan üzrə redaktoru yazıçı Elçin Hüseynbəyli növbəti sayın ərsəyə gəlməsindən ətraflı danışıb. Bildirilib ki, rus dilində çıxan nəşrdə Azərbaycan, Gürcüstan, Ermənistan, Abxaziya, Osetiya yazarlarının və rəssamların əsərləri yer alıb. Nəşrin müharibə mövzusuna həsr edilmiş 3-cü sayında Yaşarın, Elçin Hüseynbəylinin hekayələri, Qulu Ağsəsin, Zahir Əzəmətin, Rafael Tağızadənin şeirləri, Nigar Babayevanın rəsmi və bir sıra digər azərbaycanlı mədəniyyət xadimlərinin müsahibələri dərc edilib.

E.Hüseynbəyli onu da vurğulayıb ki, almanaxın nəşri ilə yanaşı, region yazarlarının internet portalı da fəaliyyət göstərir.

Təqdimat mərasimində almanaxın sonuncu sayında əsərləri getmiş müəlliflər, ədəbiyyat xadimləri çıxış ediblər, müzakirələr aparılıb və suallar cavablandırılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO