“YouTube”nin baş direktoru və təsisçisi postundan gedir

“YouTube”nin baş direktoru və təsisçisi postundan gedirO, şirkətdə müşavir postunu tutacaq

“YouTube” saytının təsisçilərindən biri və videohostinqin baş direktoru Çad Xerli vəzifəsindən gedəcəyini bildirib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Çad Xerli bəyan edib ki, şirkətin rəhbərliyini tərk etməsinə baxmayaraq, saytın inkişafına kömək edəcək.

O deyib ki, müşavir kimi fəaliyyətini davam etdirəcək və “YouTube”nin yeni inkişaf mərhələsinin başlanacağını səbirsizliklə gözləyir. Yeni baş direktor “Google” korporasiyasının nümayəndəsi, 2008-ci ildən saytın mühüm əməliyyat fəaliyyəti ilə məşğul olan Salar Kamanqar olacaq.

Bir qədər əvvəl “Google”nin tərkibinə qatdığı “AdMob” şirkətinin rəhbəri Omar Hamuinin də öz vəzifəsindən imtina etdiyi məlum olub. “AdMob” şirkətinin rəhbəri və “Google”nin vitse-prezidenti Omar Hamui şirkəti şəxsi istəyi ilə tərk edir.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO