Yetmiş manat pulum vardı.Şəhərə çıxdım ki, uçaqlardan birindən otuz manat da borc tapıb alım

Famil Ağalar oğlu Mehdi 1934-cü il dekabrın 25-də Ağdamın Sarıhacılı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1958-1961-cı illərdə “Bakı” axşam qəzetində şöbə müdiri vəzifəsində işləyib. 1959-cu ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunub.

1961-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında jurnalistika ixtisası üzrə təhsil alıb. 1965-ci ildə “Səməd Vurğunun publisistikası” mövzusunda namizədlik dissertasiyası, 1973-cü ildə “Azərbaycan bədii publisistikasının sənətkarlıq ргоblеmləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1973-2003-cü illərdə – Azərbaycan Dövlət Universiteti (Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışıb.

2003-cü il sentyabrın 29-da vəfat edib.

Famil MEHDİ

…Mərkəzi Komitənin birinci katibi Heydәr Әliyev qurultayqabağı bir neçә yazıçını qәbul etdi. Söhbәt әsnasında şair Qabil deyir: “Heydәr Әliyeviç, bizә imkan vermirlәr yazıb-yaradaq. Bizi boğurlar. Yaxşı әsәrlәrimizin çapına icazә vermirlәr. İncidirlәr. Әzab-әziyyәtә salırlar.

Birinci katib soruşur: “Faktınız varmı?” Qabil cavab verir: “Var. Famil Mehdinin poemasının jurnalda çapını dayandırıblar. Oxumuşuq, bәyәnmişik. Çox yaxşı әsәrdir”. Birinci katib qeyd edir, “mәşğul olaram” deyir…

…Mirzә İbrahimov vәzifәdәn götürülәn Mərkəzi Komitə plenumu öz işini qurtaranda tәsadüfәn mәn o vaxtkı Dzerjinski klubunun yanından keçirdim. Adamlar içәridәn çıxırdı. Gördüm Mirzә müәllim tәk çıxdı. Heç kim ona yaxın gәlib ötürmәk istәmәdi. Uzun illәr mәtbuat işindә fәdakarlıqla çalışmış Nәsir İmanquliyevdәn başqa…

…Şair Tofiq Bayramın toyu idi. Xәlil Rza, Vladimir Qafarov, Mәmmәd Araz vә mәn şәrtlәşdik ki, toya gedәk. Adama yüz manat da pul salaq toya. Tәlәbәliyin ehtiyac yükü hәlә dә çiynimdә idi. Yetmiş manat pulum vardı. Şәhәrә çıxdım ki, uşaqlardan birindәn otuz manat da borc tapıb alım. Nizami muzeyinin yanında Naxçıvan tәrәfdәn olan qәlәm yoldaşlarımdan biri, yanında da iki nәfәr (çox güman, rayondan gәlmiş qohumlardan, yerlilәrdәn idi) uzaqdan mәni salamladı. Yoldaşlarını orda qoyub özü mәnә yaxınlaşdı.

Әrkyana dedi: – Famil, cibindә beş manat da varsa mәnimdi, yüz manat da…

…Sonra Əbülfəz Elçibəy və Nemət Pənahov haqqında çox soruşdular. Bütün məsuliyyəti ilə deyirəm: hər ikisi haqqında ancaq və ancaq yaxşı sözlər dedim. Sualları nə qədər o yana, bu yana çevirdilər, yenə dediyimi təkrar etdim. Onlara toxunan, əleyhinə olan bir kəlmə də pis söz demədim. Qəti surətdə bildirdim ki, mən meydanda olanda onlardan milli ədavəti, təhrikçilik, rusların əleyhinə, dövlətin əleyhinə heç nə eşitməmişəm…

“Media forum” saytı şair, publisist, alim, ictimai xadim Famil Mehdinin sənədli roman-xatirəsini oxuculara təqdim edir. “Famil Mehdi: tərcümeyi-halım” adlı yazı 1994-cü ildə qələmə alınıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO