Yeni Yazarlar və Sənətçilər Qurumunun 2009-cu ildə uğurlu layihəsi – Uşaq Virtual Kitabxanası

Yeni Yazarlar və Sənətçilər Qurumu (YYSQ) ötən il 30-a yaxın tədbir həyata keçirib. Bunların sırasında yubiley mərasimləri, kitab sərgiləri, görüşlər və bir sıra layihələr var. Qurum 2009-cu ildə həyata keçirdikləri ən uğurlu layihə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla “Uşaq və yeniyetmələr üçün İnternetdə Virtual Kitabxanasının ” , eləcə də “İnnovativ Şəbəkə Resursunun yaradılması Kulturoloji – Mədəniyyət” layihəsini hesab edir. Bu barədə qurumun qhrxeber.az-a eksklüziv olaraq daxil olan illik hesabatında deyilir. Layihənin ilkin

mərhələsində yaradılmış www.kitabxana.net Milli Virtual Kitabxanasınn “e-Uşaq” bölümündə, eləcə də Portalın “e-kitabxana” və “e-Dalğa” Şəbəkə dərgisində ədəbi-intellektual materiallar, klassik, uşaq, müasir, dünya, folklor, elmi-kütləvi və başqa məlumatlar yerləşdirilib. Həmçinin, Azərbaycan və xarici müəlliflərin yüzlərlə kitabı, əsərləri rəqəmsal format şəklinə salınmış və portalın müxtəlif resurs saxlanğıclarına əlavə edilib. Saytda bloqlar sistemi, e-kataloq, forum, şərhlər bölümü, kitab satışı və bildirişlər hissəsi, “e-kitabxana”, “e-Dalğa” Şəbəkə dərgisi, Əlifba ilə axtarış, Təqvim ilə axtarış, genişləndirilmiş axtarış sistemləri, xəbər xətti, şəbəkə TV, radio, qəzet və başqa təzə hissələr də portala əlavə etməklə Azərbaycan və Qafqazda analoqu olmayan bir intellektual-kulturoloji resurs yaradılıb. İnternetin imkanlarından yararlanaraq 100-dən artıq Yahoo-qrup, sayt və portallarda, eləcə də Facebook.com tipli sosial şəbəkələrdən yararlanaraq dünyada yaşayan 50 milyonluq soydaşlarımıza layihənin nəticələri barədə geniş məlumatlar təqdim olunub, onlarla yaradıcılıq münasibətləri qurulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO