Yeni yazı müsabiqəsi elan olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar beynəlxalq yazı müsabiqəsi
ELAN EDİR
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyanın ictimai xadim, yazıçı, publisist və urnalistlərini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar beynəlxalq yazı müsabiqəsində iştirak etməyə dəvət edir. Müsabiqə yazıları Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyanın aparıcı çap mətbuatında Heydər Əliyev şəxsiyyəti və onun beynəlxalq ictimai-siyasi fəaliyyəti, həmin ölkələrlə Azərbaycanın dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasındakı rolu haqqında mövzuları əhatə etməlidir.

Müsabiqə çərçivəsində yazılar 15 fevral – 31 mart 2013-cü il tarixədək həmin ölkələrdəki Azərbaycan səfirliklərinə təqdim edilməlidir.

Hər bir ölkə üzrə ən yaxşı sayılan 1 məqalə mükafatlandırılacaq. Hər bir mükafatın məbləği 3000 (üç min) avrodur.

Qaliblərin mükafatlandırılması 2013-cü ilin may ayının birinci ongünlüyündə Bakıda həyata keçiriləcəkdir.

Əlavə məlumat üçün Şuraya, eləcə də Azərbaycan Respublikasının yuxarıda adı çəkilən ölkələrdəki səfirliklərinə müraciət etmək lazımdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO