Yeni veb-portal

Yeni veb-portalMilli Elmlər Akademiyası tərəfindən Azərbaycan dilinin daha geniş işlənməsi, müxtəlif elm sahələrinə aid terminlərin vahid bir virtual məkanda sistemli şəkildə toplanması məqsədilə “Azterm.az” adlı yeni veb-portal hazırlanır.
Veb-portala dilimizdə işlənən ümumi terminlərlə yanaşı, yeni yaranan və ayrı-ayrı sahələrə aid sözlər də daxil ediləcək.
Terminologiya Komissiyası və İnformasiya Texnologiyaları institutunun birgə yaradacaqları portal ilkin olaraq təxminən 600 minə yaxın termini əhatə edəcək. Sonralar yeni terminlər hesabına daha da zənginləşdiriləcək. Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə 600-ə yaxın terminoloji lüğət var.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO