3D texnologiyalı maye kristal panellərin kütləvi istehsalına başlanılacaq
Cənubi Koreyanın “Samsung” şirkəti 3D təsvirini dəstəkləyən televizorlar üçün işıq diod işıqlandırma texnologiyalı maye kristal panellərin kütləvi istehsalına başlamaq niyyətindədir. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 40, 46 və 55 düyüm diaqonallı modellərlə buraxılacaq panellərin yenilənmə tezliyi 240 hers təşkil edəcək.
3D təsvirin tamaşası üçün isə xüsusi eynəklər tələb olunacaq. 240 hersli yenilənmə tezliyinin tətbiqi nəticəsində hərəkət edən ikiölçülü təsvirlərin daha dəqiqliklə göstəriləcəyi, üçölçülü kontentin qəbulunun isə daha təbii olacağı gözlənilir. Bundan əlavə yeni panellərin cavab çağırış vaxtı 20% azaldılıb.
“DisplaySearch” analitik-tədqiqat şirkətinin proqnozlarına əsasən, 3D-displeylər bazarının 2018-ci ilə kimi həcmi 3,5 milyarddan 22 milyardadək artacaq.
LENT.AZ