“Yeni nəşrlər “

"Yeni nəşrlər"Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Yayım” Assosiasiyası tərəfindən “Yeni nəşrlər” jurnal-kataloqunun “Qarabağ həqiqətləri” adlı xüsusi buraxılışının təqdimatı keçirilib.
Jurnal-kataloqun baş redaktoru Yaşar Zeynalov bildirib ki, “Yayım” Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çıxan “Qarabağ həqiqətləri” xüsusi buraxılışı Azərbaycan və ingilis dillərində 500 tirajla nəşr edilib. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəşrlərin dünya ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində hazırlanmış “Yeni nəşrlər” jurnal-kataloquna 128 müəllifin kitabı haqqında məlumat toplanıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO