“Yeni Müsavat”ın aparıcı müxbiri işdən çıxdı

“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy (Paşa Elşad Əlhüseyn oğlu) işdən çıxıb. Parlament seçkilərində namizədliyi qeydə alındığı üçün həmkarımız qanunvericiliyə uyğun olaraq seçkilərin rəsmi nəticələri elan olunanadək ödənişsiz məzuniyyətə çıxıb. Bu barədə Modern.az-a E.Paşasoyun özü məlumat verib. Xatırladaq ki, E.Paşasoy “Yeni Müsavat”da 11 ilə yaxındır işləyir.

Qeyd edək ki, E.Paşasoy namizədliyini 72 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürüb. DSK əsassız olaraq E.Paşasoyun namizədliyini qeydə almaqdan imtina etsə də, MSK şikayəti hərtərəfli araşdıraraq 491 imzanı etibarlı sayıb və ilkin instansiyanın qərarını ləğv edərək onun namizədliyini təsdiqləyib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO