«Yeni Müsavat» qəzeti baş redaktorunun müavini Azər Ayxanın «Turan» informasiya agentliyinə verdiyi məlumata əsasən, Baş İdarə 20 min manat dəyərində olan sanksiyaların ödənilməsini tələb edir. Belə ki, qəzet 17 min manat Dövlət Sərhəd Xidməti, 2 min manat sabiq prokuror Rəşid Hacıyev və daha 2 min manat Təhsil Nazirliyinin sabiq əməkdaşı Simon Xuduyevə ödəməlidir.
Mənbə: «Exo»