“Yeni Əkinçi ” adlı həftəlik qəzet nəşrə başlayır

Azərbaycanda “Yeni Əkinçi” adlı yeni həftəlik qəzet fəaliyyətə başlayır.

Qəzetin baş redaktoru Şöhrət El-Dəniz “Media forum”a bildirib ki, “Yeni Əkinçi” ictimai-siyasi, ədəbi-bədii, publisistik qəzet olacaq. Qəzet A-3 formatda işıq üzü görəcək, ilk sayı bu şənbə günü – fevralın 5-də çıxacaq: “Qəzetmiz Həsən bəy Zərdabidən başlayan klassik Azərbaycan mətbuatı ənənələrinin müasir daşıyıcısı, azad sözün, müstəqil fikrin, maarifləndirmənin, habelə obyektiv informasiyanın ifadəçisi olmağa çalışacaq. Problematik mövzularda yazılar, siyasi şərhlər, analitik icmallar təqdim etməyə çalışacağıq. Oxuculara baş verən hadisələr barəsində obyektiv məlumat verməkdən çəkinməyəcəyik”.

Şöhrət El-Dəniz jurnalist fəailiyyətinə 1992-cü ildən başlayıb. Həmin ildən 1996-cı ilə qədər AzTV-nin hərbi vətənpərvərlik və uşaq proqramları redaksiyalarında redaktor vəzifəsində çalışıb. 1996-97-ci illərdə “Yeni Azərbaycan” qəzetində şöbə müdiri olub. 1997-2006-ci illərdə “Space” telekanalında xəbərlər departamentinin redaktoru işləyib. Burada “Hərb və sülh”, “P.S.” verlişlərinin yaradıcısı və aparıcısı, “Nəbz” siyasi-analitik proqramının baş prodüseri və aparıcısı, “Hər həftə” analitik proqramın redaktoru olub.

“Media forum”
Share

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO