Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası jurnalist müsabiqəsi elan edib. “Media forum” saytının məlumatına görə, “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri” mövzulu müsabiqənin şərtləri belədir:
– müsabiqədə KİV-də çalışan jurnalistlər iştirak edə bilər;
– hər jurnalistin yalnız bir məqaləsi qəbul edilir;
– məqalələr 2010-cu ilin mart, aprel, may və iyun aylarında gündəlik qəzetlərdə, eləcə də media məkanının aparıcı informasiya saytlarında çap edilməli və aşağıdakı qeydlə müşayiət olunmalıdır: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT fəaliyyətinin işıqlandırılması həsr olunmuş jurnalistika müsabiqəsində iştirak üçün”;
– 7-10 000 kompüter işarəsi həcmində olmalı məqalənin mətbuatda çap olunan və ya elektron saytda verilən variantında müəllifin imzası vacibdir;
– başqa müsabiqələrdə iştirak etmiş yazılar qəbul olunmur.
Məqalə müsabiqəyə bu qaydada təqdim edilməlidir: çap edildiyi mətbu orqanın 1 nüsxəsi və ya elektron saytdan çıxarılmış surəti (çap versiyası); məqalənin əlyazması (müəllif imzası olmadan) – 3 nüsxə, şrift Times News Roman – 12; mətbuatda çap edilmiş varianta adekvat; məqalənin elektron variantı.
Şəxsiyyət vəsiqəsinin surəti, jurnalistin KİV-də çalışması haqda müvafiq arayış,
VÖEN surəti (əsas mükafatı alarkən jurnalist öz adına olan kassa-mədaxil orderi verməlidir) əlavə edilməlidir.
Müsabiqə üzrə 6 əsas mükafatın verilməsi nəzərdə tutulur:
I yer (2 mükafat) – hər biri 1000 manat
II yer (2 mükafat) – hər biri 800 manat
III yer (2 mükafat) – hər biri 500 manat.
Bunlardan əlavə jurnalistlərə hər biri 100 manat məbləğində 10 həvəsləndirici mükafat veriləcək.
İddiaçılar məqalə və sənədlərini elanın mətbuatda verildiyi tarixdən etibarən 1 iyul 2010-cu ilədək şuranın katibliyinə təqdim edə bilərlər. Məsul şəxs: Səfər Alışarlı
Münsiflər heyəti tərəfindən qiymətləndirmə peşəkar jurnalistika meyarları üzrə aparılacaq.
«Media forum»