“Yeni adlar ” adlı müsabiqə

"Yeni adlar" adlı müsabiqəRegionlarda yaşayan gənc şair və yazıçıların əsərlərini dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi “Yeni adlar” şeir və hekayə müsabiqəsi elan edib. Müsabiqədə 25 yaşınadək gənc şair və nasirlər iştirak edə bilərlər. Əsərlər aprelin 2-dək Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən şəhər (rayon) mədəniyyət və turizm idarələrinə (şöbələrinə) təqdim olunmalıdır. Müsabiqəyə şairlər 100 misradan çox olmayaraq bir şeir, nasirlər isə 25000 işarədən artıq olmayaraq bir hekayə təqdim edə bilərlər. Mükafatların təqdimat mərasimi aprelin 30-da Şamaxı şəhərində keçiriləcək. Müsabiqə qalibləri üçün I (400 manat), II (300 manat), III (200 manat) mükafat, eyni zamanda hər biri 150 manat olmaqla, iki həvəsləndirici mükafat təsis edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO