“Yazıçının bazarını öldürdülər “

«Sovet dönəmində yazıçı yalnız ədəbiyyatçı missiyasını yerinə yetirmirdi. Yazıçı həm əyləndirirdi, həm ictimai etirazı, sosial narazılığı ifadə edirdi, həm milli azadlıq hərəkatı qəhrəmanının rolunu oynayırdı, bütün bunlardan kənarda həm də «təmiz» ədəbiyyata xidmət edirdi».

AzadlıqRadiosunun «İşdən sonra» verilişində yazıçı Fəxri Uğurlu «Ədəbiyyat və oxucu problemləri» mövzusu müzakirə olunarkən belə deyib.

Onun sözlərinə görə, zaman yazıçının bu missiyalarının çoxunu onun əlindən aldı. Yəni əyləndirmək üçün telekanallar, şoular, əyləncə teatrları və sairə ortaya çıxdı:

«Milli azadlıq hərəkatı öz qəhrəmanlarını yaratdı, sosial bəlaların ifadəsi daha çox publisistlərin, jurnalistlərin, hüquq müdafiəçiləri və sairənin öhdəsinə düşdü. Necə deyərlər, yazıçının bazarını öldürdülər».

Fəxri Uğurlu deyir ki, indi yazıçı yalnız yaxşı yazmaqla, həm də məhəlli yox, universal həqiqətlərdən yazmaqla öz əvvəlki statusunu bərpa edə bilər:

«Bax bu məsələdə heç kəs onun bazarına girə bilməz».

Azadlıq radiosu

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO