Yazıçılar Birliyinin xanım əməkdaşından ona etiraz edənlərə sərt ismarıc

Azərbaycan Yazıçılar Birliyinin (AYB) 36 nəfərlik mənzil siyahısı ilə bağlı mübahisələr, “söz atşmaları” davam edir. Adı bu siyahıdan kənarda qalan bəzi yazarlar Yazıçılar Birliyinin rəhbərliyini qurumda çalışan texniki işçiləri mənzil alacaq şəxslərin sırasına qatmaqda ittiham edirlər. Onların iddiasına görə, texniki işçilərin adları həmin sihaya salınmamalıydı.

Yazıçılar Birliyinin belə işçilərindən biri də qurumda operator vəzifəsində çalışan Sevinz Hüseynzadədir. Kanadada yaşayan azərbaycanlı ilə ailə həyatı qurmuş Sevinc xanım hazırda məzuniyyətdədir. Sevinc Hüseynzadə onun adının mənzil siyahısına salınmasına etiraz edənlərə cavab verib. O, Modern.az saytına göndərdiyi açıaqlama vasitəsilə əleyhdarlarına bu ismarıcı çatdırıb:

““Ədalət” carçısı olan bəzi üzvülər özlərini “çox ağıllı” sayırlar. Mən hələ AYB-ın işçisiyəm. Hələ ölməmişəm. AYB-də 1998-ci ildən işləyirəm. 11 ildən çoxdur – Səbail rayonunda qeydə alındığım gündən – AYB-nin mənzil növbəsindəyəm. Özlərini insan, yazıçı sayan bəzi şəxslər anlamırlar ki, biz texniki işçi olaraq onların qeyri-adi kaprizlərinə, davranışlarına, davalarına, söyüşlərinə dözürük. Çətinə düşəndə üstümüzə gəlirlər. Amma dövlət təqaüdü olanda, mükafat olanda, mənzil məsələsi olanda birinci növbədə hansı yolla olur-olsun özlərini ora salırlar. Başa düşün ki, sizlərə dözdüyümüzə görə bizim haqqımız və hüququmuz daha çoxdur. Bəziləri arxadan əvvələ tullanmaq istəyir. Bəziləri də kanardan siyahıya hoppanmaq istəyir. Yəni nə bişirdim, nə yoğurdum hazırca kökə buldum. Evlərini kirayə verib özləri kirayəyə çıxırlar, sonra ev davası edirlər. Bakı şəhərində doğulmuşam, böyük bir ailəm var. Mən qayıdıb gəldikdən sonra, görüm kim üzümə nə söz deyəcək?”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO