Yanvarın 11-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda 2009-cu ilin ədəbi yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib.
“Bizim Söz” qəzetinin təşəbbüsü və təşkilatçılığı, Yazıçılar Birliyinin dəstəyi ilə baş tutan mərasimdə ədəbiyyat sahəsində göstərdikləri xidmətlərə görə qələm sahibləri, ictimai-siyasi xadimlər, təşkilatlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Müxtəlif nominasiyalar üzrə qalib gələnlərin siyahısı belədir:
“İlin gənc şairi” – Əvəz Qurbanlı;
“İlin gənc nasiri” – Zərdüşt Şəfizadə;
“İlin tənqidçisi” – Əsəd Cahangir;
“Qarabağ mövzusunda yazılmış nəsr əsəri” – Aqil Abbasın “Dolu” romanı;
“Qarabağ mövzusunda yazılmış poema” – Ədalət Əsgəroğlunun “Dərdimizin qan rəngi”;
“İlin ədəbi saytı” – www.kultaz.com.
“Ədəbiyyata qayğı göstərən millət vəkili ” – Qənirə Paşayeva;
“İlin bədii kitabı” – Qənbər Şəmşiroğlunun “Tale oxşarlığı” kitabı;
“İlin televiziya filmi” – Ənvər Seyidov;
“İlin ədəbi qəzeti” – “525-ci qəzet”;
“İlin nəşriyyatı” – “Azərnəşr”;
“İlin telelayihəsi” – ANS TV-nin “Qulp” proqramı;
“İlin tərcümə əsəri” – Adil Cəmilin “Manas” dastanının tərcüməsi;
“İlin kitab təbliğatçısı” – “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli;
“İlin elmi kitabı” – Vüsalə Musalının “Osmanlı təzkirələrində Azərbaycan şairləri”;
“İlin ədəbi qurumu” – Dünya Gənc Türk Yazarlar Birliyi;
“Gənc yazarların dostu” – Vaqif Bəhmənli;
“İlin ədəbiyyatşünas alimi” – Şəhla Tahirqızı;
“AYB-nin ən fəal bölməsi” – Muğan bölməsi;
“İlin ədəbi məclisi” – “Qurbani” məclisi;
“İlin naşiri” – Elçin İsgəndərzadə;
“İlin ədəbi dərnəyi” – “Metafora” dərnəyi.
Qaliblərə diplomları “Bizim söz” qəzetinin baş redaktoru Ələmdar Cabbarlı təqdim edib.