Dekabrın 14-16-da Azərbaycan Yazıçılar Birliyi və onun ədəbi orqanı olan “Ədəbiyyat qəzeti”nin 75 illik yubileyi qeyd olunacaq. Tədbirlərə AYB sədri Anarın dekabrın 14-də keçirəcəyi mətbuat konfransı ilə start veriləcək.
Bu barədə AYB-in mətbuat xidmətindən məlumat verilib. Yubiley məqsədilə Gənc Tamaşaçılar Teatrında böyük tədbir, Müslim Maqomayev adına Dövlət Filarmoniyasında beynəlxalq şeir gecəsi, “Park İnn” hotelində Yazıçılar Birliyinin fəaliyyətinə həsr olunan konfrans, birliyin binasında təntənəli iclas keçiriləcək. Yubiley tədbirləri dövründə Bakıda üçüncü “Sərhədsiz söz” forumu da düzənlənəcək.
Yubiley tədbirlərində müxtəlif ölkələrdən 88 nümayəndənin iştirakı nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, yubiley tədbirlərinə prezident İlham Əliyevin də dəvət olunacağı gözlənilir.