“Yazılı mətbuat hələ yaşayır “

Rusiyada çıxan “Vremya novostey” qəzetinin baş redaktoru Vladimir Qureviç RİA-Novosti agentliyinin suallarına cavab verib. O, jurnalistika və mətbuat sahəsində bəzi maraqlı detallara toxunub. “Jurnalistlərin iş tapa bilməməsinin əsas səbəbi nədir” sualına Qureviç “bilmirəm Moskvada jurnalist iş tapa bilir, ya yox, amma işləmək üçün jurnalist tapmaq çox çətindir. KİV-də peşəkar kadrlara “aclıq” yaranıb. Media bazarı artıq çoxdan od tutub yanır. İlk dəfə KİV-də işə düzələnlərin, iş yerlərini dəyişənlərin əmək haqları yüksək olsa da, bu, keyfiyyətin və peşəkarlığın göstəricisi sayılmır. Bəzən elə hallar olur ki, inanın, “küçədən keçən” insanın qabında peşəkar jurnalistlik var. Amma bu xoşbəxtlik nadir hallarda baş verir” deyə cavab verib.

Rusiyada bəzi qəzetlərin (“Rossiya”, “Naşe vremya” və “Moskovskiye novosti”) bağlanmasının təsadüf, yoxsa qanunauyğunluq olması, elektron KİV-nin yazılı mətbuatı üstələməsinin səbəbləri barədə suala isə Vladimir Qureviç belə cavab verib: “Yazılı mətbuat hələ yaşayır, amma dünyanın bir çox ölkələrində onların vəziyyəti çox ağırdır. İnkişaf etmiş ölkələr üçün bu faciə deyil, amma imkanların aşağı düşməsi bazarın müəyyən hissəsinin itirilməsi ilə nəticələnir. Əgər insanlarda hər hansı bir nəşriyyat məhsulunu alıb oxumaq ənənəsi qalarsa, qəzetlərin də çap olunma ehtimalı qala bilər”.

www.trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO