Yazıçıdan reaksiya: “İstəməzdim bu məsələni Ramiz Mehdiyevlə müzakirə edim “

Yazıçıdan reaksiya: "İstəməzdim bu məsələni Ramiz Mehdiyevlə müzakirə edim"“Ramiz Mehdiyevin məqaləsinə nə deyə bilərəm? Məqalədə qeyd olunanlar onun fikirləridir. İstəməzdim bu məsələni Ramiz Mehdiyevlə müzakirə edim. Əgər desəm ki, son illərdə yazılan roman, hekayə və ya poemalar arasında cəmiyyətdə böyük maraq doğuranları var, onda mən bunun haqqında nəsə deməliyəm. Desəm ki, yoxdur, onda kimisə tənqid etməliyəm”. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin dekabrın 8-də yayılan “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” sərlövhəli məqaləsinə münasibət bildirən Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev “Media forum” saytına açıqlamasında belə deyib.

R.Mehdiyev məqaləsində yazır: “Məni bir sual düşündürür: Azərbaycanda son illərdə yazılan heç olmasa bir roman, hekayə və ya poema adı çəkmək mümkündürmü ki, o, cəmiyyətimizdə böyük maraq doğursun? Yaxud Azərbaycan teatrında elə bir yeni əsər tamaşaya qoyulubmu ki, ictimaiyyətin diqqət mərkəzində olsun? Həqiqi söz ustası, əsl ədib zamanın ruhunu duymalı və ona uyğun əsərlər meydana gətirməyi bacarmalıdır”.

Ç.Abdullayev hesab edir ki, ədəbi proses bir gün çəkmir, ömürlük davam edir: “Yazılan əsərlər arasında yaxşıları da olub, pisləri də. Ramiz Mehdiyev isə hesab edir ki, belə roman yoxdur. Son illərdə nəinki Azərbaycanda, bir sıra başqa ölkələrdə də ədəbiyyata maraq azalıb. Düzdür, mən həmişə deyirəm ki, biz oxuyan xalqıq. Amma indi ədəbiyyat oxuyan çox azalıb. Vaxtilə insanlar gecədən səhərə qədər mağazalarda növbəyə dayanırdılar ki, kitab alsınlar. İndi belə məsələ yoxdur. Amma bunun olmamasının pis, yoxsa yaxşı olduğunu demək olmaz”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO