Yazıçı-publisist Akif Əlinin “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” kitabı çapdan çıxmışdır

 Yazıçı-publisist Akif Əlinin “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” kitabı  çapdan çıxmışdırYazıçı-publisist Akif Əlinin “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” kitabı çapdan çıxmışdır.
AzərTAc xəbər verir ki, “Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 iyun tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Təhsil” nəşriyyatında nəfis şəkildə çap olunmuş kitab müəllifin “Ön söz”ü ilə və M.Ə.Sabirin həyat və yaradıcılığı haqqında oçerklə açılır.
“Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri, şair-publisist Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinə həsr edilmiş kitaba müəllifin ayrı-ayrı vaxtlarda M.Ə.Sabir haqqında yazdığı monoqrafiya və məqalələr daxil edilmişdir. Oxucuların Sabir yaradıcılığının mahiyyətini daha dərindən dərk etməsi və onun haqqında daha geniş təsəvvür əldə etməsi üçün kitaba, həmçinin “Hophopnamə”dən bəzi şeirlər və mövzuya dair illüstrasiyalar da əlavə olunmuşdur.
Kitabda Akif Əlinin müxtəlif illərdə qələmə aldığı “Milli dirçəlişimizin beşiyi başında”, “Sabir bizə nələri deyirdi…”, “Ötəri tənqid” adlı bədii-publisistik məqalələri, “M.Ə.Sabirin satira sənətkarlığı” elmi monoqrafiyası daxil edilmiş, sonda “Hophopnamə”dən seçmələr verilmişdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO