Yanvarın 28-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda xalq yazıçısı Anarla görüş keçiriləcək.
Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib. Görüş “Müasirlərlə dialoq” adlı yeni layihənin ilk tədbiri kimi həyata keçiriləcək.