“Yaxşıların yaxşısı “

Fevralın 18-də Azərbaycan Media Mərkəzində ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “İlin şəkilləri 2009” Beynəlxalq fotojurnalistik müsabiqəsindən seçilmiş əsərlərdən ibarət “Yaxşıların yaxşısı” sərgisinin açılış mərasimi olub. Sərgidə jurnalistlərin dünyada baş verən bəzi hadisələrdən çəkdiyi əlli fotoşəkil nümayiş olunub. Bu fotoşəkillər Missuri Jurnalistika Məktəbi Universitetində “İlin şəkilləri 2009” Beynəlxalq fotojurnalistik müsabiqəsində mükafata layiq görülən əsərlərdir. Mərasimdə çıxış edən ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson
növbəti illərdə azərbaycanlı fotoqrafların da bu müsabiqədə iştirak edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, “İlin şəkilləri” Beynəlxalq fotojurnalistik müsabiqəsi 1944-cü ildən keçirilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO