Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidovun “Yaradıcılığın fenomenologiyası (tarix, təzadlar, şəxsiyyət)” kitabı Rusiyada yenidən nəşr olunub. Bu barədə ADU-nun mətbuat xidmətindən məlumat verilib. Rusiya Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor A. B. Dmitriyev və psixologiya elmləri doktoru, professor Q. İ. Yefremovanın rəy verdikləri kitab Moskvadakı Rusiya Dövlət Sosial Universitetinin nəşriyyatında nəfis tərtibatda 1000 tirajla nəşr edilib. 2 fəsildən ibarət kitabda müəllif oxucunu yaradıcılığın təbiəti haqqında müxtəlif fikirləri ilə tanış edir.Xatırladaq ki, kitab ilk dəfə 2009-cu ildə nəşr edilib. Rus dilində nəşr olunan kitab iki fəsildən ibarətdir. Birinci fəsil “Psixologiyada yaradıcılığın tədqiqi tarixi”, ikinci fəsil “Şəxsiyyətin fenomenologiyası” adlanır.