Yaponiyalı iqtisadçı ekspert AzərTAc-da olub

Yaponiyanın “WorldInvesters TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub.

SalamNews xəbər verir ki, AzərTAc-ın baş direktoru Aslan Aslanov iki ölkə arasında dostluq əlaqələrinin inkişafında kütləvi informasiya vasitələrinin, o cümlədən milli xəbər agentliklərinin rolunu vurğulayıb.

Yaponiyalı qonağa AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı məlumat verilib.

AzərTAc ilə Yaponiyanın Kyodo News Agentliyi arasında sıx əlaqələrin olduğunu söyləyən baş direktor hər iki qurumun nüfuzlu beynəlxalq informasiya təşkilatlarında uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Kazuyasu İşida Azərbaycanın sürətli inkişafının Yaponiyada böyük maraqla izlənildiyini, bunun ölkəmizin Yaponiyadakı dostları tərəfindən məmnunluqla qarşılandığını bildirib. O deyib ki, Azərbaycanın iştirakçısı və müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi nəhəng layihələrdə Yaponiya şirkətləri fəal iştirak edir və bu, iki dost ölkə arasındakı münasibətlərin inkişafının bariz nümunəsidir.

Yaponiyalı ekspert Azərbaycan haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini söyləyib, prodüseri olduğu “WorldInvesters TV” internet televiziyası ilə AzərTAc arasında əməkdaşlığın mühüm rol oynayacağını diqqətə çatdırıb.

Görüşdə dost ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

– See more at: http://salamnews.org/az/news/read/120275#sthash.hGZgAXlH.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO