Xalq Artisti Yalçın Rzazadənin uzun illər ifa etdiyi mahnılardan ibarət albomu dövlət səviyyəsində kitab şəklində hazırlanır. Kitabda müğənnin sənətə gəldiyi gündən indiyədək oxuduğu mahnılar, onlar barədə məlumatlar və Xalq Artistinin fotoşəkilləri yer alacaqdır. Layihənin hazırlanması təxminən bir il çəkəcək. Mahnılar toplusu satışa çıxarılmayacaq. Kitab xüsusi adamlar və xarici qonaqlar üçün nəzərdə tutulub.