Muradova: “Xəbərdarlıq etmək, məhdudiyyət qoymaq, ictimai qınaq lazımdır…”
“Xəbərdən şou düzəldirlər. Hansısa bir avtomobil qəzası ilə bağlı elə haray-həşir qoparırlar ki, sanki dünya dağılır».
Bunu parlamentin bu günki iclasında cari məsələlərin müzakirəsi zamanı Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova bildirib. Vitse-spikerə görə, Azərbaycan dilindən istifadə zamanı daha çox “Xəzər” televiziyası səhvə yol verir.
Şirkətin rəhbərliyinə də müraciət etdiyini deyən sədr müavini telekanalın xəbər proqramında və verişlərində Azərbaycan dilinin qaydalarının kobud pozulduğunu vurğulayıb.
“Müvafiq qurumların rəhbərlərindən – Dil Qurumundan və Milli Televiziya və Radio Şurasından xahiş edirəm ki, bununla bağlı araşdırma aparılsın. Bəlkə xəbərdarlıq etmək, məhdudiyyət qoymaq, ictimai qınaq lazımdır ki, Azərbaycan dilini pis günə qoymasınlar” deyə, B.Muradova bildirib.