“Xəzər” dünya ədəbiyyatı jurnalının elektron variantı təqdim olunub. Saytda dünya ədəbiyyatından maraqlı əsərlər yer alıb. Yapon yazıçısı, Nobel mükafatı laureatı Yasunari Kavabatanın “Nobel nitqi” və iki hekayəsi, rus ədəbiyyatı klassikləri A.P.Çexovun məktubları və Mixail Bulqakovun “Qaçış” pyesi yazıçı – tərcüməçi Saday Budaqlının tərcüməsində təqdim olunub. Elektron səhifədə həmçinin Dino Butsatinin “Yeddi çapar”, Yaroslav Qaşekin hekayələri yer alıb. (tərcümə edən Nərmin). Görkəmli ingilis yazıçısı Somerset Moemin “Teatr” romanı və “Müsahibə” guşəsində Hans Maqnus Ensensbergerin müsahibəsi yazıçı-tərcüməçi Yaşarın təqdimatında əksini tapıb. “Türk xalqlarının ədəbiyyatından” bölməsində Türkiyənin böyük şairi Fazil Hüsnü Dağlarcanın şeirləri Əhməd Oğuzun tərcüməsində diqqətə çatdırılıb. Elektron səhifədə “Ədəbi mozaika” da yer alıb.