“Xural ” qəzetinin baş redaktoru ABŞ səfirliyinə şikayət etdi

Əvəz Zeynallı səfirliyin əməkdaşları ilə görüşüb
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı oktyabrın 25-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfirliyinin əməkdaşları ilə görüşüb. Qeyd edək ki, Ə.Zeynallının ABŞ səfiri Metyu Brayza ilə görüşdüyü barədə məlumat vermişdik.
Xəbəri hazırlayan müxbirin xəbəri dəqiqləşdirməməsi səbəbindən bu material qəzetdə yanlış gedib. Belə ki, Ə.Zeynallı 25 oktyabr tarixində ABŞ səfiri cənab Brayza ilə deyil, ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Viktoriya Sloan və səfirliyin mətbuat katibi Kis Binlə görüşüb. Səfirlikdən “Yeni Müsavat”a məlumat veriblər ki, görüşdə Azərbaycanda mətbuatın durumu və “Xural” qəzeti ilə bağlı məsələlər müzakirə olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO