“Xocalı soyqırımı: milyon imza, bir istək” adlı sənədli-tarixi kitabı fars dilində nəşr edilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşəbbüsü və maliyyə dəstəyi ilə farsdilli oxuculara təqdim olunan kitabın birinci nəşri 2000 nüsxə tirajla işıq üzü görüb.
Elxan Suleymanovun müəllifi olduğu kitabda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının Azərbaycanın Xocalı şəhərində törətdikləri misli görünməmiş vəhşilikdən – hərbi cinayətdən, 200 ilə yaxın dövrü əhatə edən erməni terrorizminin tarixindən bəhs edilir. Xocalı soyqırımını əks etdirən fotoşəkillər, “Xocalıya ədalət” kampaniyası çərçivəsində toplanmış imzaların surətləri, soyqırım faktını təsdiq edən sənədlər kitibda yer alıb. Kitab Səid Bağıri tərəfindən fars dilinə tərcümə olunub.