Xocalı faciəsi haqqında həqiqət dünya ictimaiyyətinə çatdırılacaq – Leyla Əliyeva

Moskvada “Prezident- otel”də Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunub.

SalamNews xəbər verir ki, tədbiri giriş sözü ilə İslam Konfransı Təşkilatının (İKT) gənclər forumunun baş katibi Elşad İskəndərov açaraq, tədbir iştirakçılarına Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə görə onlara minnətdarlığını bildirib. O qeyd edib ki, “Xocalıya ədalət” kompaniyasının məqsədi tək Xocalı faciəsinin deyil, dünyadakı bütün etnik təmizləmə, soyqırım qurbanları üçün ədalatə nail olmaqdır.

Daha sonra Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, AMOR sədri, İKT-nin koardinatoru Leyla Əliyeva tədbirdə çıxış edərək, bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə Azərbaycanın Xocalı şəhərinin əhalisi ermənilər tərəfindən törədilən qətliama mərüz qalıblar. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. Leyla Əliyeva bu soyqırımı həmişə yaddaşlarda qalacaq, dağlıq qarabağ münaqişəsinin ən qanlı səhifəsi kimi qiymətləndirib.

Leyla Əliyeva həmçinin vurğulayıb ki, Xocalı faciəsinin haqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. O “Xocalıya ədalət” kompaniyasına milyonlarla insanın dəstək verdiyini bildirərək qeyd edib ki, bu faciənin sifarişçilərinin və icraçılarının hələ də cəzasız qalması cox böyük ədalətsizlikdir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri həmçinin bildirib: “Hər bir Azərbaycanlının və o cümlədən mənim də məqsədim beynəlxalq ictimaiyyət tərəfindən Xocalı faciəsinin bir daha təkrar olunmaması üçün bu qətliamın soyqırım aktı, insanlığa qarşı cinayət kimi tanınmasına nail olmaqdır”.

O, Heydər Əliyev Fondunun dünyanın 70 ölkəsində Xocalıya həsr olunmuş tədbirlər keçirildiyini bildirib. “Xocalıya ədalət” kompaniyası çərçivəsində isə yüzlərlə xarici dövlətlərdə tədbirlər təşkil olunub və bunun sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq forumlarda tanınıb. Leyla Əliyeva qeyd edib ki, bir ay öncə İKT-nın gənclər forumunun təklifi ilə qəbul olunmuş qətnamədə 51 ölkədən olan parlamentarilər Xocalı qırğınını bəşəriyyətə qarşı cinayət olaraq tanıyıblar.

Leyla Əliyeva onu da qeyd edib ki, keçən il kompaniyanın yeni mərhələsinə başlanılıb; dövlət başçılarına və müxtəlif beynəlxalq təşkilatların rəhbərliyinə Xocalı faciəsinin soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınması ilə bağlı petisiya və müraciət ünvanlanıb. Petisiya kompaniyanın veb səhifəsində yerləşdirilib və artıq 140 min nəfər tərəfindən imzalanıb.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfir Polad Bülbüloğlu Xocalı faciəsi ilə bağlı aparılan kompaniya və Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli yolla həll olunması istiqamətində görülən tədbirlərin əhəmiyyəti barədə hesabat xarakterli çıxış edib.

Tədbirdə 600-dən çox qonaq iştirak edib; Milli Məclisin deputatları, Türkiyə və Paraqvayın Rusiyadakı səfirləri, Rusiyada akkreditə olunmuş Rusiya XİN-nin diplomatik missiya nümayəndələri, Rusiya paytaxtındakı Azərbaycan diasporunun ziyalıları, Rusiyanın elmi və yaradıcı çevrələrində olan nümayəndələri, KİV, həmçinin universitet tələbələri iştirak ediblər.

İştirakçılara Robert Arakelin “Erməni ziyalısının etirafı” adlı kitab paylanıb.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun və Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının səyləri sayəsində “Xocalıya ədalət” kompaniyası Rusiyanın 27 regionunda davam edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO