Xalq yazıçısı Yusif Səmədoğlunun 75 illiyi qeyd olunacaq

Xalq yazıçısı Yusif Səmədoğlunun 75 illiyi qeyd olunacaqDekabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Xalq Yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Ədibi ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə Y.Səmədoğlunun həyat və yaradıcılığından geniş söhbət açılacaq, həmkarları onunla bağlı xatirələrini danışacaqlar. Məlumat üçün bildirək ki, Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat institutuna daxil olub. Həmin İnstitutun IV kursundan ADU-nun filologiya fakültəsinin beşinci kursuna dəyişilib. “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü, baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasının direktor müavini, “Ulduz” jurnalının baş redaktoru, “Azərbaycan” jurnalının baş redaktoru vəzifələrində işləyib. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilib. “220 saylı otaq”, “Qalaktika”, “Qətl günü” kitablarının müəllifidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO