Xalq yazıçısı Sabir Əhmədlinin 80 illik yubileyi qeyd olunacaq

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə M.F.Axundzadə adına Milli Kitabxanada xalq yazıçısı Sabir Əhmədlinin 80 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan S.Əhmədlinin yaradıcılığı təhlil olunacaq, xatirəsi yad ediləcək.

Qeyd edək ki, Sabir Əhmədli 1930-cu ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) işləyib.

1955-ci ildən AYB-nın üzvü olan yazıçı “Aran”, “Dünyanın arşını”, “Yaşıl teatr”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Yamacda nişanə”, “Qanköçürmə stansiyası”, “Azığa doğru”, “Gedənlərin qayıtmağı”, “Yasaq edilmiş oyun”, “Gülmalı kişinin axırı”, “Mavi günbəz”, “Kütlə”, “Axirət sevdası”, “Kef”, “Ömür urası”, “Şəhid ruhu” kimi əsərlərin müəllifidir.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO