Xalq yazıçısı Əkrəm Əylisli ilə görüş

Xalq yazıçısı Əkrəm Əylisli ilə görüşBakı Dövlət Universiteti filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Metafora” ədəbiyyat dərnəyi növbəti toplantısını keçirib. Dərnəyin budəfəki qonağı xalq yazıçısı Əkrəm Əylisli olub. Universitetin “Səməd Vurğun Poeziya” zalında keçirilən görüşdə tələbələrlə yanaşı professor və müəllim heyəti; Tofiq Hacıyev, Tofiq Hüseynoğlu, Məti Osmanoğlu, həmçinin fakültə dekanı professor Elbrus Əzizov da iştirak edib. Çıxış edən filologiya fakültəsinin dekanı Elbrus Əzizov Əkrəm Əylislinin yaradıcılığının ümumi xüsusiyyətlərindən, dil, üslub keyfiyyətlərindən geniş şəkildə danışıb. Daha sonra çıxış edən xalq yazıçısı təşkil olunan görüşə görə, minnətdarlığını dilə gətirib və yazıçılıq prosesi barədə bəhs edib:” Kimlərsə düşünür ki, yazıçılıq xoşbəxtlikdir, allah istedadı verib, vəssalam. Belə deyil. Yazıçılıq əzab-əziyyətdir, zəhmətdir.” Keçdiyi həyat yolu, ədəbiyyat, yaradıcılığı haqqında fikirlərini ümumi şəkildə bölüşən xalq yazıçısı daha çox orijinal fikirləri ilə yadda qalıb və tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO