Xalq yazıçısı fəxri adların ləğv olunmasını tələb etdi

“Xalq şairi”, “Xalq yazıçısı” fəxri adlarının ləğv olunmasını istəyirdim. Amma susmalı oldum”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar deyib. Onun sözlərinə görə, bununla bağlı təkliflər irəli sürsə də, sonradan susmalı olub:

“Vaxtilə mən təklif irəli sürdüm ki, “Xalq şairi”, “Xalq yazıçısı” adları ləğv olunsun. Hətta bununla bağlı rəhmətlik prezident Heydər Əliyevə də müraciət etmişdim. Amma sonra o, özü mənə “Xalq yazıçısı” adı verdi. Bundan sonra mən susmalı oldum. Amma ondan sonra da dedim ki, bundan sonra həmin adların verilməsi dayandırılsın”.

“Bəs siz niyə bu addan imtina etmədiniz” sualına isə yazıçı belə cavab verib.

“Niyə imtina etməliydim ki? Elə adamlar tanıyıram ki, həmin insanlar bu adlardan imtina edir. Müxalifət də onun bu addımına dəstək verib alqışlayır, ona afərin deyirlər ki, “sən bu addan imtina etdin”. Mən belə insanların konkret adlarını da çəkə bilərəm. Amma buna ehtiyac görmürəm”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO