Xalq yazıçısı Elçinin “Ölüm hökmü ” əsəri audio-kitab şəkilində işıq üzü görüb

Xalq yazıçısı Elçinin "Ölüm hökmü" əsəri audio-kitab şəkilində işıq üzü görübXalq yazıçısı Elçinin “Ölüm hökmü” romanı bir çox dillərə tərcümə olunub və səhnələşdirilib. Roman Rusiyada dəfələrlə çap olunub. Bu yaxınlarda Moskvada “Ölüm hökmü” romanı audio -kitab şəkilində işıq üzü görüb. “Ölüm hökmü” audio kitabı S.Averkievin başçılığı altında A.Solovievlə (rejissor) birlikdə hazırlanıb. Əsəri Rusiyanın tanınmış aktyorları V.Larinov, L.Durov, A.Parra, V.Boçkaev, Q.Sayfulin və L.Strijenova tərəfindən səsləndirilib. Audio kitabın musiqi tərtibatçısı A.Poşenkodur. “Ölüm hökmü” romanının audio-kitabı rusdilli ədəbiyyatsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO