Xalq Şairi Zəlimxan Yaqubun növbəti kitabı İranda işıq üzü görüb

Xalq Şairi Zəlimxan Yaqubun növbəti kitabı İranda işıq üzü görübİranda Azərbaycanın Xalq Şairi Zəlimxan Yaqubun növbəti kitabı nəşr olunub. Görkəmli ədibin “Peyğəmbər” poeması bu günlərdə Təbrizdəki “Əxtar” nəşriyyatında nəfis şəkildə çapdan çıxmışdır. Kütləvi tirajla nəşr olunan bu kitabı ərəb əlifbasına Cənubi Azərbaycan şairi Səxavət İzzəti çevirib.
Səxavət İzzəti kitaba Zəlimxan Yaqubun ədəbi fəaliyyəti ilə bağlı geniş və maraqlı “ön söz” yazıb. O, “ön söz”də Zəlimxan Yaqubun “Peyğəmbər”indən əvvəl bu mövzuda əsərlər yazmış Məhəmməd Füzulinin, Hüseyn Cavidin, Nəbi Xəzrinin və Məmməd Aslanın adlarını minnətdarlıqla xatırlayır. İranlı soydaşımız oxuculara Zəlimxan Yaqubun “Peyğəmbər” poeması haqqında geniş məlumat verir, onun sənətkarlıq xüsusiyyətləri haqqında söhbət açır. Yaxın vaxtlarda bu əsərin digər Şərq xalqlarının dillərinə tərcümə olunması da nəzərdə tutulur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO