İsveçrənin Julius Baer bankının sabiq işçisi həbs olunub.
2002-ci ildə vəzifəsindən uzaqlaşdırılan Rudolf Elmera bank sirrlərini “Wikileaks”-ə ötürməkdə təqsirli bilinir. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 55 yaşlı sabiq bank işçisi ötən həftə saytın qurucusu Culian Assanca gizli informasiyalar olan iki CD verib. CD-lərdə 2 min adam və şirkətə mənsub gizli hesablar barədə məlumatlar var.
Sürixdə baş tutan məhkəmə prosesində R. Elmera bank sirrlərinin gizliliyini pozduğuna görə cərimələnib.
“Wikileaks” isə həmin məlumatları iki həftə ərzində dərc edəcəyini açıqlayıb.