“WikiLeaks” internet saytının yaradıcısı həbs olundu

“WikiLeaks” internet saytının yaradıcısı həbs olunduYaydığı məxfi sənədlərlə dünyanı qarışdıran “WikiLeaks” internet saytının yaradıcısı Culian Assangenin bu gün Britaniya polisi ilə görüşəcəyi haqqında idialar özünü döğrultdu. Modern az saytının BBC-yə istinadən verdiyi xəbərə görə, artıq Culian Assange Ingiltərədə həbs olunub.

Qeyd edək ki, əvvəlcə Britaniya hökuməti Assangenin həbsi ilə bağlı Avropa orderi aldığını bildirmişdi. İsveç polisi isə gizli məlumatları yayan saytın yaradıcısını zorlamada və cinsi zorakılıqla ittiham etmişdi.

“WikiLeaks”in qurucusu isə bu yolla ona təzyiq etmək istədiklərini və bunun “siyasi fənd” olduğunu bildirərək appelyasiya şikayəti verib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO