Vüsalə Mahirqızı: “Bəzi telekanallar APA-nı bezdirib….”

“Azəri Press” Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı Azərbaycanın bəzi telekanallarının xəbər “oğruluğu” ilə bağlı Mətbuat Şurasına müraciət etmək niyyətindədir. Modern.az-a açıqlamasında APA-nın rəhbəri deyib ki, bir sıra televiziyaların xəbər proqramları onun rəhbərlik etdiyi informasiya agentliyinin məlumatlarından yararlanan zaman APA-ya istinad etmir. Bu isə APA-nın ciddi narazılığına səbəb olub.
V.Mahirqızının sözlərinə görə, dəfələrlə bu barədə TV-lərin rəhbərliyinə müraciət etsə də, heç nəyə nail olmayıb.

“İctimai Televiziya həmişə, ANS, AzTV və ATV aradabir APA-ya istinad edir. Amma digərlərinə bu mövzuda müraciət etməkdən bezmişik. Məsələn, “Xəzər” TV bizim araşdırmalarımızı elə oğurlayır ki… Adam deməyə söz tapmır”-deyə APA-nın baş direktoru bildirib.

V.Mahirqızı hətta bununla bağlı kuryoz hadisəni də xatırladıb. Sabirabadda daşqınlar zamanı APA-nın müxbirinin xəbərdə 9 əvəzinə səhvən 90 kəndin köçürülməsini yazması telekanalların necə işlədiyini ortaya qoyub. Belə ki, TV-lər xəbəri elə həmin səhvlə – 90 kənd kimi efirə veriblər. Halbuki Sabirabadda heç 90 kənd yoxdur. APA xəbərdə düzəliş edəndən sonra telekanalların bəziləri təkzib verməyə məcbur olublar.

“Xəbər “oğurluğu”na qarşı sona qədər gemək niyyətindəyəm. Teleradio Şurasına, Mətbuat Şurasına müraciət edib bu məsələni ictimailəşdirəcəyəm”-deyə V.Mahirqızı qeyd edib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO