Qarabağın Ağ Damı


İlk tədqiatım Ağdam Çörək Muzeyinə həsr olunmuşdü. Tədqiqatda muzeyin formalaşmasından başlamış fəaliyyətinə kimi demək olar ki, bütün məqamları tam şəklidə əhatə etməyə çalışmışdıq. Ancaq adında olan bir məqama, yəni tədqiqatda muzeyin sabahı haqqında bir cümlə belə yazılmamışdı. Sabahımızın yaxşı olacağına inandığımdan bunu oxucuların öz ixtiyarına vermişdim. Qoy hər birimiz təxayülümüzdə öz muzeyimi yaradaq. Onsuzda qayıtdıqdan sonra fikirlərimizi birləşdirib daha əzəmətli bir muzey-məbəd quracağıq. Buna əminəm…
Ağdam, Qarabag…Beş və yeddi hərfdən ibarət olan və iki sözdən yaranan sözün nə qədər böyük məna yükünü daşıdığını təəsüffki məqamında bilmədik. Elə bilmədiyimizdəndir ki, bu gün Ağdamsız, Qarabağsız yaşamaq məcburiyyətindəyik…
Danışırıq, elə hey danışırq, danışdıqcada qızışır, alovlanır və dahada gur səslə sözümüzü deyirik. Amma səsimiz elə bil Çıraqlıdan (cəbhənin Ağdam istiqamətində sonuncu kənd) oyana keçmir. Bəzən heç ətrafdakılarda səsimizi eşitmir. Bəlkə eşitməkdə istəmir. Qulaq nə qədər eyni söz eşidər axı…
Qızmar yay günlərində Ağdamı tərk edəndə heç birimiz inana bilməzdik ki, Ağdama, Şuşaya, Xankəndinə, Xanbağıya hələ 20 ildə ayağımız dəyməyəcək. O vaxt belə bir sözü dilmizə gətirib danışa bilməzdik. Çünki inanmazdıq. Son məqama kimi də inanmırdıq. Artıq 20 il keçib. İndi Ağdamlı, Qarabaglı günlərin həsrəti ilə yaşayır, özümüzə allahdan ömür istəyirik. Min bir əzab-əziyyətlə çəkdiyimiz illərin acısını Ağdamda, Qarabagda çıxmaq üçün…
Dözəcəyik, dözdükcədə yola vercəyik bundan sonrakı illəri də…
Uşaqlar böyüyür. Təhsil alır. Ailə həyatı qurur. Nəvələr dünyaya gəlir. Bütün hallarda bir gözümüz qəmlidə olsa sevinirik. Amma dərdimizi azaltmaq üçün torpaqlarımızı hələ də erməni işğalından azad edə bilməmişik. Nəyi isə gözləyirik, bəlkədə kimisə gözləyirik? Bilmirəm, amma onu bilirəm gözlədikcə Ağdamdan, Qarabağdan sanki uzaqlaşırıq…
Yevlax yolu ilə gələndə Ağdam uzandıqca, hey uzanırdı. İkitərəfli olmaqla 10 kilometrlik yolun arasında bir-birindən gözəl gül-çiçəkliklər salınmışdı. Hətta Uşaq xəstəxanası tərəfdə simvolik ağ damda ucaltmışdıq. Sadıx müəllimin (80-ci illərdə Ağdam RPK nın birinci katibi işləmiş, hörmətli ziyalımız Sadıx Murtuzayev nəzərdə tutulur) sayəsində.
Ətyeməzli körpüsündən başlanan yol düz “armudun divi”nədək gedirdi. “Armudun divi” isə Mexanizasiya ilə üzbəüzdə idi. Ordan baxanda Mexanizasiya texnikumunun tədris korpusları, stadionu, həmdə Qara bəyi malikanəsində fəaliyyət göstərən Muğam musiqi məktəbi görünürdü. Hələ mən yolun o tərəfinə keçmirəm. Məhşur armud ağacının yanından yolüstü maşınlarla həm Füzuli, həm də Şuşa və Xankəndinə getmək olardı.
Qarşıdan möhtəşəm abidə və sagda Sarhacılı kəndi, solda isə yeni beşmərtəbəli binalar, sonra isə yeni salımış əzəmətli şəxsi mülklər gəlirdi. Böyük Vətən Müahribəsində həlak olmuş ağdamlılara qoyulmuş möhtəşəm abidə yenicə ailə həyatı quranların ziyarət yerinə çevrilmişdi. Bu da Ağdamda bir ənənə idi artıq.
Maraqlı idi ki, şəhər yazılmamış qanunlarla idarə olunsada hamı yeniliyə can atır, hətta bu qanunların maddələrinə tez-tez əlavə və düzəlişlər edilirdi.
80-ci illərin ortalarından başlanan “dəri” prosesi sakinləri dahada varlandırmışdı. Biri dərinin dərman-davasını gətirir, biri onu kəndlərdən yığır, biri baraban düzəldir, digəri isə aşdıyır və nəhayət rənglənmə ilə proses yekunlaşırdı. Ondan sonra kurtkanın tikilməsi başlayırdı. Hər kəs bir işi görürdü. Sistem elə qurulmuşdu ki, pul sanki dövr edirdi. Nəticədə 10 ildən artıq bir müddətdə “Ağdam” kurtkalarının (gödəkcələrinin) şanı-şöhrəti keçmiş SSRİ-nin hər tərəfinə yayılmışdı…
Deyəsən bir qədər qəmli notlarla başladım söhbətə. Ola bilər. İnsan yaşa dolduqca daha kövrək olur deyirlər, hər adi söz elə bil adamın qəlbinə daha tez dəyir. Bəlkədə bu sentimental hisslər yaşla baglıdı. Deyə bilmərəm, onu bilirəm ki, ümidimizi itirməməliyik…
İlahi bəzən sevdiyi bəndəsini tez-tez sınağa çəkir. Şəhərdə canlı orqanizmdi. Yəqin Ağdamı, Qarabağı və Azərbaycanımızı ilahi sınağa çəkib.
Kim inana bilərdi ki, Napoleonun yandırıb viran qoyduğu Moskva bu gün dünyanın 10 siyasi güc mərkəzindən birinə çevriləcək. Xirosima və Naqasakini heç atom bombasıda məhv edə bilmədi. Ötən əsrin 20-ci illərində dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Türkiyə bu gün türkdilli xalqların sözçüsü kimi bütün dünyanı heyrətə salacaq.
Ermənilər bilsəydilər ki, 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, Göyçayda və onlarca digər yaşayış məntəqəsində azərbaycanlıları qırmaqla istəklərinə çatmayacaqlar, əksinə xalq dahada mətin olacaq, bəlkə də bu xislətlərindən əl çəkərdilər. Onlar ağıllarına belə gətirməzdilər ki, vaxt gələcək, Bakı Avropanın mədəniyyət mərkəzinə, Azərbaycan isə Qafqazın əsas güc mərkəzinə çevriləcək.
Dahi Heminquey yazırdı: “İnsanı öldürmək olar, amma onu məhv etmək olmaz.” Bu həqiqətən belədir. 6 min ağdamlının şəhid olması, minlərcə qarabağlının vəhşicəsinə öldürülməsi, bir milyondan artıq azərbaycanlının doğma yurd-yuvalarından didərgin düşməsi, hələ nə Ağdamın, nədə Qarabağın itirilməsi demək deyildir. İşğal müvəqqətidir. Bu gün Soltanbud təpəsinə bayraq sancan ağdamlı, qarabağlı, azərbaycanlı oğlanlar, sabah onu Üzərlik təpəyə, Sarıtəpəyə, Fərrux dağına, gözəl Şuşamıza və onlarca digər işğal altında olan yaşayış məntəqələrinə sancacaq. Bunu bildiklərindən ermənilər işğal etdikləri ərazilərin heç birində indiyədək məskunlaşa bilmirlər. Və bilməyəcəklərdə. Ona görə ki, bu torpağın onlar halal sahibi deyillər. Onların bu qara niyyətləri əvvəl axır erməni xalqının məhvinə gətirəcək. Bu gün Ağdamda 4-5 erməni “bomj”nun gözə dəyməsi də, ermənilərin işğal siyasətinin məğlubiyyətindən xəbər verir…
Maraqlıdır ki, eyni zaman kəsiyində Qarabağın siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən Şuşa və Ağdam şəhərləri müxtəlif istiqamətlər üzrə inkişaf etsələrdə eyni faciə ilə üzləşmişlər.
Əvvəlcə Ağdam Qarabağ xanlığının siyasi güc mərkəzi olsada sonradan yerləşdiyi coğrafi mövqeyi bu məqamın inkişafına maneə yaratmış, əsas güc Şuşaya keçmişdi. Çar Rusiyasının işğalı altında olan illərində isə Şuşa siyasi, həmdə mədəni mərkəz kimi, Ağdam isə daha çox regionun iqtisadi mərkəzi kimi inkiaf etdi. “Oktyabr” inqilabından sonra, sovetlərin hakimiyyəti illərində Dağlıq Qarabag Muxtar Vilayətinin yaradıması ilə Suşanın tənəzzül dövrü başlayır. Artıq vilayət paytaxtı kimi əsas diqqət Xankəndinə verilmiş və şəhər sənaye mərkəzi kimi inkaf etdirilmişdi. 1923-cü ilin sentyabr ayından Dağlıq Qarabağa vilayət statusu verildikdən sonra Ağdam Qəza mərkəzi oldu. Özü ilə bərabər 4 rayonu əhatə edən qəza 1930-cu ildə ləğv edildi. Bu addım bəlkədə məqsədli şəkildə Ağdamın regiondakı artan nufuzuna təsir etmək məqsədilə atılsada Ağdamın iqtisadi yüksəlişi davam edirdi. 50-70-ci illərdə artıq Ağdam kənd təsərrüfatı rayonundan regionun sənaye və mədəniyyət mərkəzinə çevilmişdi. Şuşanın mədəni iqtisadi inkişafı isə ötən əsrin 70-80-ci illərinə təsdüf etdi.
Beləliklə, 187-illik işğal llərində Şuşanın və Ağdamın yüksəlişi daim kimlərisə narahat etməsi danımaz faktdır.
Digər maraqlı bir məqam isə hər gün erməni mənbələrinin Qarabağla, Azərbaycanla baglı çoxsaylı böhtan xarakterli məlumatların yaymasıdır. Bir gün hansısa ərazidə arxeoloji qazıntı nəticəsində ermənilərin bu ərazilərdə guya yaşamalarına dair dəlillər tapılır. Digər tərəfdən Ağdamın adını dəyişib Tiqranakert qoyurlar. Məhv etdikləri və heç kimin yaşamadığı şəhərdə muzey açırlar. Ürəkləri soyumur. Digər kənd və qəsəbələrində adlarını dəyişirlər. Dayanmırlar. Hər gün efirə hansısa bir məlumat ötürürlər. Bu erməni xislətini başa düşmək olmur. Suda batan adamın saman çöpünə əl atmasının heç bir nətcəsi olmadığı kimi, yalanın, şər-şəbədənin, böhtanın da nəticə olmayacaqdır. Axı şər-şəbədə ilə, yalanla erməni xisləti özünü uçuruma aparır. Inanıram kı, bunu ziyalı ermənilər də yaxşı bilir…

Vüqar Tofqili, Söz Azadlığının Müdafiə Fodunun icraçı direktoru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO