Vüqar Səfərli jurnalistlər üçün tikilən evdən danışdı

Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən binanın artıq 7-ci mərtəbəsinin betonu tökülüb. Bunu Modern.az-a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. O bildirib ki, binanın tikintisində işlər qrafiklə gedir və vaxtında tam hazır olub istifadəyə veriləcək.

“Tikinti ilə bağlı işlər qaydasında davam edir, qrafiklə davam edirik və artıq 7-ci mərtəbənin betonu tökülüb. Jurnalistlər üçün nəzərdə tutulan bina vaxtında təhvil veriləcək”.

Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. Kitab formasında layihələşdirilən bina iki bloklu 16 mərtəbədən ibarət olacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO