Vüqar Səfərli jurnalist təşkilatları və informasiya agentliklərinin qrant müsabiqəsinə buraxılmamasından danışdı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi qrant müsabiqəsində informasiya agentlikləri və jurnalist təşkilatları iştirak edə bilməyəcəklər.
KİV DF yalnız qəzetlərdən 26 noyabr – 25 dekabr tarixlərində layihə qəbul edəcək.
Bəs jurnalist təşkilatları və informasiya agentlikləri necə olacaq?

Modern.az saytı bu sualla KİV DF-nin icraçı direktoru Vüqar Səfərliyə müraciət edib.

Vüqar Səfərli Modern.az-a açıqlamasında yeni müsabiqəyə jurnalist təşkilatları və informasiya agentliklərinin buraxılmamasını belə izah edib: “Bunun səbəbi odur ki, KİV DF ancaq qəzetləri maliyyələşdirməlidir”.

Jurnalist təşkilatları və informasiya agentlikləri üçün ayrıca müsabiqənin elan olunub-olunmayacağnı gəlincə, V. Səfərli bildirib ki, bu məsələ müzakirə olunacaq.
“Əgər maliyyə vəsaiti olsa, ayrıca müsabiqə elan olunacaq”-deyə KİV DF rəhbəri bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO