Övliya Çələbinin “Səyahətnamə “si ingilis dilində

Övliya Çələbinin "Səyahətnamə"si ingilis dilindəTürk səyyahı, tarixçisi, etnoqrafı və şairi Övliya Çələbinin türkcə yazdığı 10 cildlik “Səyahətnamə”nin İrana və Qafqaza aid bölümləri ilk dəfə olaraq tam şəkildə Təbrizdən olan alim Həsən Cavadi və Vilem Flur tərəfindən ingilis dilinə çevrilib. 17-ci əsrin ortalarında Qafqaza səyahət edərkən o, Naxçıvan, Bakı, Dərbənd, Qax və başqa şəhərlər də daxil olmaqla Azərbaycanı da gəzib. O, sözügedən kitabında Bakı neftindən bəhs edərək yazırdı ki, 17-ci əsrdə Bakının neft quyularını gecə-gündüz əsgərlər qoruyurdu: “Neft “Allahın əmri ilə” bulaq kimi yerin səthinə çıxır və “qaymaq kimi suyun üzündə qalır”. Nefti bu kiçik gölməçələrdən – keçi dərisindən düzəldilən tuluqlara doldururlar. Şəhərə Çindən, Rusiyadan və başqa yerlərdən gələn tacirlər öz mallarını satıb əvəzində Bakıdan duz, ipək, neft alıb aparırlar. Neft çox mühüm xammaldır.” Əsərin tərcüməçilərindən biri Həsən Cavadi Kembric Universitetində ingilis dili üzrə doktorluq dərəcəsi alıb. Xəbər verdiyimiz kimi, o Mirzə Fətəli Axundovun bəzi əsərlərini də ingilis dilinə çevirib. Villem Flur və Həsən Cavadi həmçinin Azərbaycan şairi, filosofu və tarixçisi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərini ingiliscəyə çeviriblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO